Bulvar ərazisində pulsuz Wi-Fi təkmilləşdirilir

Xəbərlər

06.06.2024 - 02:40

cedabet dərman SEO Xidməti

“İctimai Wi-Fi” layihəsi çərçivəsində vətəndaşlara təqdim oluna biləcək maksimal sürət 5 Mbit/s-dir

Dənizkənarı Milli Parkda 2017-ci ildən istifadəyə “İctimai internet” sisteminin təkmilləşdirilməsi istiqamətində işlərə başlanılıb. AYNA xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq “Bakı Telefon Rabitəsi” MMC -dən məlumat verilib.

Bildirilib ki, vətəndaşların istifadəsi üçün quraşdırılan internetin əhatə dairəsinin genişləndirilməsi, daha sürətli və keyfiyyətli təminatı üçün Bulvar ərazisində Wi-Fi nöqtələrinin təmir-bərpa işləri aparılır.

“Bakı Telefon Rabitəsi” MMC tərəfindən Dənizkənarı Milli Parkda (Köhnə Bulvar, Ağ Şəhər Bulvarı əraziləri) “İctimai Wi-Fi” xidməti göstərilir və müştəri təcrübələrinin yaxşılaşdırılması üçün ərazidə daimi olaraq Dənizkənarı Bulvar İdarəsi ilə birgə tədbirlər həyata keçirilir, sahədə texniki mütəxəssislər işləyirlər. Həmçinin, aparılan monitorinqlər Dənizkənarı Milli Park ərazisində vətəndaşların qeyd edilən xidmətdən yararlandığını əks etdirir.

Qeyd edək ki, “İctimai Wi-Fi” xidmətinin təqdim edildiyi ərazilər istifadə intensivliyi və tələbat səviyyəsinə müvafiq olaraq müəyyən edilir. Xidmətdən istifadə etmək üçün şəbəkəyə daxil olaraq qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat mobil nömrə ilə mümkündür. Bir cihaz vasitəsilə yalnız bir istifadəçi ödənişsiz internet xidmətindən yararlana bilər.

“İctimai Wi-Fi” layihəsi çərçivəsində vətəndaşlara təqdim oluna biləcək maksimal sürət 5 Mbit/s-dir.

Telefonun xüsusiyyəti, tənzimləmə sistemi, ötürülən dalğanın zəif olduğu nöqtədən qoşulmağa cəhd, ərazidə yerləşən elektrik xətlərində aparılan təmir işləri və s. səbəblərdən internetə qoşularkən çətinlik yarana bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş