Buffon İtaliya millisinə qayıdıb

İdman

06.08.2023 - 12:57

Əfsanəvi qaçıçı İtaliya futbol nümayəndə heyətinin rəhbəri təyin edilib

Əfsanəvi qaçıçı Canluici Buffon İtaliyaya qayıdıb. AYNA xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının saytında məlumat yerləşdirilib.

Milli komandanın nümayəndə heyətinə 45 yaşlı Buffon başçı təyin edilib.

Federasiya prezidenti Qabriele Qravina keçmiş qapıçını İtaliya futbolunun simvolu və xüsusi insan adlandırıb.

“Mən milli komandaya qayıdıram, çünki ilk dəfə 30 il əvvəl “Coverciano”nun astanasına addım atan uşaq hələ də arzusunu italyan azarkeşləri ilə yaşamaq istəyir”, – Buffon “İnstagram”da paylaşıb.

Qeyd edək ki, avqustun 2-də Buffon futboldan getdiyini elan edib. Onun son klubu karyerasına başladığı "Parma" olub.

Buffon 2001-ci ildən 2018-ci ilə və 2019-cu ildən 2021-ci ilə kimi rənglərini qoruduğu "Yuventus"la on qat İtaliya çempionu olub. O, Fransanın PSJ klubunda da bir mövsüm keçirib.

Qapıçı milli komandanın tərkibində 2006-cı il Dünya Çempionatının qalibi, 2012-ci il Avropa Çempionatının gümüş mükafatçısı olub.

Müəllif: Ayna.az