Ağır atletika üzrə yığma komandamız dünya çempionatında iştirak edəcək
18-27 sentyabr tarixlərində Tailandın Pattaya şəhərində ağır atletika üzrə kişilər arasında 85-ci, qadınlar arasında 28-ci dünya çempionatı keçiriləcək. Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, 105 ölkədən 734 atletin (395 kişi və 339 qadın) iştirak edəcəyi yarış, həm də 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnir olacaq.
Çempionatda Azərbaycan yığma komandasının üç üzvü də iştirak edəcək. Baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında aşağıdakı idmançılar körpücük üzərinə çıxacaqlar:
Qadınlardan: Səbinə Əzimova (55 kq) və Boyanka Kostova (59 kq);
Kişilərdən: Nailxan Nəbiyev (96 kq).