“Budur Azərbaycan xalqı” – <font color=red> PREZİDENT</font>

Cəmiyyət

21.07.2020 - 17:37

Həkimlər Klinikalar SEO Xidməti

İlham Əliyev: “Mənim sözlərimdən heç bir həftə keçməyib, 50 minə yaxın Azərbaycan vətəndaşı könüllü müraciət edib”

 

“Bu günlərdə gündə bəlkə də minlərlə məktub alıram. Vətəndaşlar öz dəstəyini, həmrəyliyini ifadə edir, orduda xidmət etmək istəyirlər”.

 

AYNA xəbər verir ki, bu gün Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxıç edən Prezident İlham Əliyev belə deyib.

 

“Mən çıxışımda demişdim ki, orada şüşələri qıranlar orduya yazılsınlar. O günə cəmi 150 nəfər könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məntəqələrinə gəlmişdi. Amma mənim sözlərimdən heç bir həftə keçməyib, 50 minə yaxın Azərbaycan vətəndaşı - onların mütləq əksəriyyəti gəncdir - Vətəni qorumaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib, öz adını, ünvanını veriblər. Mən onlara təşəkkür edirəm”, - dövlət başçısı bildirib.

 

“Budur Azərbaycan xalqı, budur Azərbaycan gənci. Parlamentin şüşələrini, qapılarını qıran yox. Budur, bu gün Qarabağda ölümə getməyə hazır olan Azərbaycan gənci. Mən bir daha onlara, onların valideynlərinə təşəkkürümü bildirirəm. Onlar xalqımız, dövlətimiz üçün dəyərli övladlar yetişdiriblər”, - ölkə rəhbəri əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş