Bu ölkə COVID-19 vaksininin sınaqlarına başlayır

Xəbərlər

03.07.2020 - 21:19

cedabet dərman SEO Xidməti

Sürətləndirilən sınaqlar 12 elmi-tibbi müəssisədə aparılacaq

 

Hindistanda COVID-19 vaksininin kliniki sınaqları başlayır. AYNA xarici mətbuata istinadən bildirir ki, yerli vaksin Puna şəhərində Milli Virusologiya İnstitutunda əldə olunan ştammın istifadəsi ilə əldə edilib.

 

Sınaqlar Hindistan Tibbi Tədqiqatlar Şurası və "Bharat Biotech International" şirkiəti tərəfində birgə keçiriləcək. Sürətləndirilən sınaqlar 12 elmi-tibbi müəssisədə aparılacaq. Həmin vaksinin avqustun ortalarından etibarən satışa çıxarılması planlaşdırılır.

 

Qeyd edək ki, son sutka ərzində Hindistanda 20 mindən çox koronavirusa yoluxma qeydə alınıb. Bu günədək ölkədə 625 mindən çox şəxs virusa yoluxub, ölənlərin sayı 18 min nəfəri keçib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş