Bu institutun tələbələrinin aylıq yemək xərci müəyyənləşdi

Xəbərlər

04.09.2020 - 17:05

cedabet dərman SEO Xidməti

Baş Nazir Əli Əsədov İlahiyyat İnstitutunun tələbələri barədə qərar imzalayıb

 

Azərbaycan İlahiyyat İnstitutunda bir təhsilalana verilən aylıq yemək xərci 60 manat məbləğində təsdiqlənib. AYNA bildirir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Aylıq yemək xərci bakalavriat səviyyəsində təhsilalanlara dörd ildən, magistratura səviyyəsində təhsilalanlara iki ildən, doktorantura səviyyəsində təhsilalanlara isə üç ildən çox olmayan müddət üzrə ödəniləcək.

 

Qərarla “Azərbaycan İlahiyyat İnstitutunda təhsilalanların xüsusi geyim forması ilə təmin olunması normaları” təsdiqlənib. 

 

Belə ki, geyim xərcləri dövlət büdcəsində publik hüquqi şəxslər üçün nəzərdə tutulan vəsaitin bölgüsündə Azərbaycan İlahiyyat İnstitutuna ayrılan vəsait hesabına ödəniləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş