“Ukrayna ilə bağlı yeni üçtərəfli danışıqlar raundu 26-27 fevral tarixlərində keçirilə bilər”
“Ukrayna ilə bağlı yeni üçtərəfli danışıqlar raundu 26-27 fevral tarixlərində keçirilə bilər”. AYNA.AZ xəbər verir ki, bu sözləri Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirill Budanov deyib. Onun fikirlərini "Ostorojno Novosti" “Telegram” kanalı yayıb.
Media danışıqların 26 fevralda keçiriləcəyini yazmışdı. Budanovun sözlərinə görə, bu, həqiqətən də yeni görüşün tarixi ola bilər.
"İnanıram ki, fevralın 26-sında yeni danışıqlar olacaq", - deyə bildirib.
Lakin Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, görüşün son tarixi hələ razılaşdırılmayıb: "Hazırda hazırlıq prosesindəyik. Bildiyiniz kimi, bu, protokol məsələsidir. Nə vaxt, kim iştirak edəcək və s. aydınlaşmalıdır. Hər üç tərəf bu barədə öz aralarında razılığa gəlməlidir. Dördüncü tərəf əslində həm də ev sahibidir".