İyunun 10-da 25 min 597, iyunun 11-də isə 17 min 21 şagirdin imtahanı planlaşdırılır
Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 10-da və 11-də keçiriləcək ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanlarında ümumilikdə 42 min 618 şagirdin (abituriyentin) imtahanlarda iştirakı nəzərdə tutulur.
Mərkəzdən AYNA-ya verilən xəbərə görə, iyunun 10-da 25 min 597, iyunun 11-də isə 17 min 21 şagirdin imtahanda iştirakı planlaşdırılır.