Bu gün Şüvəlanda işıq olmayacaq

Xəbərlər

21.05.2025 - 09:27

Həkimlər Klinikalar SEO Xidməti

Elektrik enerjisinin verilişində fasilə yaranacaq

Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində həyata keçirilən yenidənqurma işləri ilə əlaqədar olaraq 21 may tarixində Şüvəlan qəsəbəsinin bir sıra hissəsində elektrik xətləri sifarişə əsasən açılacaq. AYNA.AZ xəbər verir ki, bu haqda "Azərişıq" ASC-dən bildirilib.

Məlumatda qeyd edilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan saat 16:00-dək qəsəbənin Mayak adlanan yaşayış ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş