Bu gün Ceyhun Bayramovla Mirzoyan arasında görüş keçiriləcək

Xəbərlər

10.05.2024 - 11:12

Nazirlərin görüşü Almatıda keçiriləcək

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında bu gün Almatı görüş olacaq.

AYNA xəbər verir ki, Bayramov-Mirzoyan görüşünün təşkili Qazaxıstan tərəfinin təklifi ilə həyata keçirilir.

Amma eyni zamanda, Qazaxıstan tərəfi bəyan edib ki, Astana vasitəçi kimi çıxış etmir, yalnız platforma təmin edir.

Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb ki, artıq C.Bayramov Qazaxıstana səfər edib.

Müəllif: Ayna.az