Bu gün Azərbaycana qış fəsli daxil olur

Xəbərlər

21.12.2020 - 08:31

Həkimlər Klinikalar SEO Xidməti

Qış ölkəmizə saat 14:02:18-də daxil olacaq

 

Bu il ölkəmizə qış fəsli dekabrın 21-i saat 14:02:18-də daxil olacaq. AYNA xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

 

Bildirilib ki, bu zaman Yerin fırlanma oxu Günəş şüalarının istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş üfüqdən minimum hündürlükdə olur.

 

Həmin gün ilin ən qısa gündüzü və ən uzun gecəsi qeydə alınır.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş