Bu gün Abşeronun bəzi yerlərində leysan olacaq

Xəbərlər

22.11.2023 - 08:50

Noyabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Gündüz hava əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi 12-15 m/s, cənub-şərq küləyi 8-13 m/s sürətlə əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-15° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş