Soydaşlarımızın təxliyəsi üçün çarter reysi təşkil edilib
Koronavirusla əlaqədar sərhədlərin müvəqqəti bağlanmasından sonra Türkiyədə qalan və ölkəmizə qayıtmaq istəyən azərbaycanlıların təxliyəsi davam edir. AYNA Azərbaycanın Türkiyədəki səfirliyinə istinadən xəbər verir ki, soydaşlarımızın təxliyəsi üçün növbəti çarter reysi bu gün təşkil ediləcək.
Bu reys vasitəsilə biri körpə olmaqla 174 azərbaycanlı İstanbul Hava Limanından Azərbaycana yola düşəcəklər.
Xatırladaq ki, COVID-19-la mübarizə tədbirləri çərçivəsində Azərbaycanla Türkiyə arasında hava və quru sərhədlərində gediş-gəliş martın 15-dən müvəqqəti olaraq dayandırılıb.