Bu dairələrin nəticələri etibarsız sayıldı - <font color=red> SİYAHI</font>

Xəbərlər

13.02.2020 - 18:46

cedabet dərman SEO Xidməti

Bununla bağlı MSK-nın bu gün keçirilən iclasında müvafiq qərar qəbul olunub

 

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar, ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edilib.

 

AYNA xəbər verir ki, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında müvafiq qərar qəbul olunub.

 

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

 

- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə

- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli

- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu

- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.

 

Bundan əlavə, 10 seçki dairəsi ilə bağlı daxil olan şikayətlər müvafiq dairə seçki komissiyalarına göndərilib:

 

- 91 saylı Ucar seçki dairəsi

- 81 saylı Beyləqan seçki dairəsi 

- 72 saylı Yardımlı-Masallı seçki dairəsi

- 95 saylı Tərtər seçki dairəsi

- 42 saylı Sumqayıt ikinci seçki dairəsi

- 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi

- 15 saylı Yasamal birinci seçki dairəsi

- 28 saylı Sabunçu üçüncü seçki dairəsi

- 79 saylı İmişli seçki dairəsi 

- 60 saylı Salyan-Neftçala seçki dairəsi

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş