Səfir etiraz notasını dərhal öz hökumətinə çatdıracağını bildirib
Ötən bazar günü Böyük Britaniyanın İrandakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim olunub.
AYNA xarici mediaya istinadən bildirir ki, ötən həftə ərzində Böyük Britaniyanın İrandakı səfiri Saymon Şerkklif 4-cü dəfədir XİN-ə çağırılır.
Noyabrın 20-də İran XİN-ə çağırılan səfirə Londonda İran səfirliyinə hücumla və bayrağa göstərilən hörmətsizliklə bağlı etiraz bildirilib.
Səfir etiraz notasını dərhal öz hökumətinə çatdıracağını bildirib.