Britaniyada mühafizəkarların 14 illik hakimiyyəti sona çatır

Dünya

04.07.2024 - 15:41

Həkimlər Klinikalar SEO Xidməti

Sorğular Baş nazir Rişi Sunakın partiyasının böyük məğlubiyyətlə üzləşdiyini göstərir

Böyük Britaniyada bu gün parlamentin aşağı palatası olan İcmalar Palatasına seçkilər keçirilir. AYNA xarici mediaya istinadən bildirir ki, bütün sorğular Baş nazir Rişi Sunak və onun Mühafizəkarlar Partiyasının böyük məğlubiyyətlə üzləşdiyini göstərir. Nəticədə Böyük Britaniyada 14 illik Mühafizəkarların hakimiyyəti sona çatacaq.

Sorğular Keir Starmerin rəhbərlik etdiyi müxalifət İşçi Partiyasının sensasiyalı seçki uğurunu proqnozlaşdırır. “YouGov”un sorğusuna görə, leyboristlər 1832-ci ildən bəri ən yaxşı performansını əldə edə və İcmalar Palatasında 650 yerdən 431-ni qazana bilər. Bəzi analitiklər leyboristlərin 484 yer qazana biləcəyini proqnozlaşdırırlar. Mayın sonunda parlament buraxılanda onların 202 mandatı var idi.

Eyni zamanda, aşağı palatada mühafizəkarların iştirakı 102 yerə enəcək. “YouGov” ekspertlərindən biri “Sky News”a verdiyi müsahibədə “indi gördüyümüz şey Britaniyanın siyasi tarixində heç vaxt baş verməyib” deyib.

61 yaşlı Keir Starmer seçki kampaniyası zamanı dəyişikliklərə ehtiyac olduğunu vurğulayıb. Britaniyanın daha beş il Mühafizəkar Partiyasının idarəçiliyinə tab gətirə bilməyəcəyini deyən siyasətçi seçicilərə ölkə tarixində yeni səhifə açacaqlarını vəd edib.

Ekspertlər Liberal Demokrat Partiyasının alacağı nəticələri maraqla gözləyirlər. Mümkündür ki, onlar hətta mühafizəkarları kənara ataraq parlamentdə ən böyük müxalifət fraksiyasını formalaşdıra bilsinlər. Naysel Farajın sağçı populist partiyası Reform Partiyası çox güman ki, ilk dəfə İcmalar Palatasına daxil olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş