Koronavirus can almağa davam edir
Böyük Britaniyada son sutka ərzində 10 633 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 640 507 nəfərə çatıb.
AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 5 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 981 nəfərə çatıb.