Yeni dəniz qüvvələrinin birgə təlim və təhsillə məşğul olması gözlənilir
Birləşmiş Krallıq və digər doqquz Avropa ölkəsi qitənin şimalında "Rusiyadan gələcək təhdidlərin qarşısını almaq üçün" birgə dəniz qüvvələri (JNF) yaratmağı düşünür. AYNA.AZ xəbər verir ki, bu barədə “The Guardian” qəzetinə Kral Dəniz Qüvvələrinin rəhbəri general Qvin Cenkins deyib.
General çoxmillətli dəniz qüvvələrinin "NATO-ya tamamlayıcı" kimi fəaliyyət göstərəcəyini bildirib. Buraya Britaniya, Danimarka, Finlandiya, İslandiya, İsveç, Norveç, Baltikyanı ölkələr və Hollandiya daxil olacaq.
Yeni dəniz qüvvələrinin birgə təlim və təhsillə məşğul olması gözlənilir. O Böyük Britaniyadakı qərargahdan idarə olunacaq.
Cenkins izah edib ki, JNF-nin yaradılması hərbi əməliyyatlar başlasa, real imkanlar və müharibə planları təmin edəcək.
“The Guardian” qəzeti yazıb ki, bu, ABŞ JNF-nin bir hissəsi olmayacaq. Lakin Kanadanın qüvvələrdə iştirakı nəzərdən keçirilir.