Britaniya Ukraynaya tank göndərir

Dünya

15.01.2023 - 15:16

Həkimlər Klinikalar SEO Xidməti

Rişi Sunak “Challenger 2”nin göndərilməsinə qərar verib

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Ukraynaya tank eskadrilyası göndərmək qərarına gəlib. AYNA xəbər verir ki, bu barədə məlumatlı hökumət mənbələrinə istinadən “The Independent” məlumat yayıb.

Qeyd olunub ki, tezliklə Ukraynaya dörd “Challenger 2” tankından ibarət qrup çatdırılacaq. Bir müddət sonra isə Britaniya daha səkkiz tank göndərməklə yardımı ikiqat artıracaq.

Beləliklə, Böyük Britaniya öz ordusunun əsas döyüş tanklarını Ukrayna tərəfinə təhvil verən ilk ölkə olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş