Britaniya səfiri özünü Azərbaycanda təhlükəsiz hiss edir

Xəbərlər

31.12.2021 - 14:42

Həkimlər Klinikalar SEO Xidməti

“İstər Bakıda, istərsə də bölgələrdə insan özünü çox təhlükəsiz hiss edir”

Böyük Britaniya ilə müqayisədə Azərbaycanda ailə bağlılığının nə qədər dərin olması, insanların öz çoxsaylı qohumlarına kömək və dəstək verməsi məni valeh edir. Bəlkə də bu səbəbdən ölkənin hər tərəfi, istər paytaxt Bakıda, istərsə də bölgələrdə insan özünü çox təhlükəsiz hiss edir.

AYNA xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarp AZƏRTAC-a müsahibəsi zamanı bildirib.

Azərbaycan mətbəxindən də söz açan səfir deyib: “Azərbaycanda restorana dəvət alanda hər zaman həyəcan keçirirəm. Əsasən qızardılmış badımcan və müxtəlif kabab növlərini sevirəm. Qutablar isə nahar üçün əladır - yüngül və çox dadlı. Sözsüz ki, bölgələrin mətbəxini də sevirəm. Unudulmaz yeməklərdən biri isə məşhur Şəki pitisidir. Yeməkdən həzz almaq çox vaxt yalnız təamlarla bağlı deyil, həm də ümumi yaşadığın təcrübə ilə əlaqədardır. Bu səbəbdən məhz piti yemək üçün Şəkiyə bir daha getdim, möhtəşəm idi”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş