“Hökumət son günlər İsrail və Livan arasında ciddi eskalasiya fonunda fövqəladə vəziyyət planları hazırlayır"
Britaniya tezliklə öz vətəndaşlarının Livandan çıxarılmasına kömək etmək üçün Kiprə 700-ə yaxın əsgər göndərəcək. AYNA xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin məlumatında bildirilib.
“Hökumət son günlər İsrail və Livan arasında ciddi eskalasiya fonunda fövqəladə vəziyyət planları hazırlayır", - deyə məlumatda qeyd olunub.
Nazirlik əlavə edib ki, Britaniya vətəndaşlarına yardım Xarici İşlər Nazirliyinin və Krallığın Sərhəd Xidmətinin əməkdaşları tərəfindən həyata keçiriləcək.
Məlumatda bütün vətəndaşlara Livanı mümkün qədər tez tərk etmələri tövsiyə olunur: "Son saatlarda və günlərdə baş verən hadisələr vəziyyətin dəyişkənliyini nümayiş etdirdi. Buna görə də mesajımız çox aydındır”.