"Brexit" qəbul edildi

Dünya

21.12.2019 - 18:27

İngiltərə parlamenti “Brexit”in leyhinə səs verib

 

İngiltərənin Avropa İttifaqından (Aİ) ayrılma qanununun layihəsi (Brexit), parlamentindəki ilkin səsvermədə 358 səslə qəbul edilib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, parlamentin aşağı-icmalar palatasında keçirilən ilk səsvermədə 358 deputat “Brexit”in leyhinə, 234 deputat isə əleyhinə səs verib.

 

Beləliklə, bu dəyişikliklərə əsasən, İngiltərənin Aİ-dən rəsmi olaraq ayrılmasını əngəlləyən 11 aylıq keçid müddəti bir daha uzadılmayacaq.

Müəllif: Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş