Braziliyada koronavirusla bağlı son vəziyyət açıqlanıb
Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 39 982 nəfər yoluxub.
AYNA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 20 285 067 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 148 nəfər ölüb, ölənlərin ümumi sayı 566 896 nəfər təşkil edir.