Braziliyada son sutkada COVID-19-dan ölənlərin sayı məlum olub

Dünya

17.04.2021 - 09:30

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirus can almağa davam edir 

 

Braziliyada son sutkada COVID-19 pandemiyasına 76 249 yeni yoluxma və 3 070 ölüm faktı qeydə alınıb.

 

AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, pandemiya başlayandan ölkədə 13 834 342 nəfər koronavirusa yoluxub. Koronovirus qurbanlarının ümumi sayı 369 024-ə çatıb.

 

Xəstəxanalarda 1 166 455 koronavirus xəstəsi var. Ağır vəziyyətdə olan 8 318 virus xəstəsi intensiv müalicə alır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş