Brakonyerlərə çağırış edilir

Xəbərlər

30.01.2020 - 11:42

Həkimlər Klinikalar SEO Xidməti

Su hövzələrinin qadağan olunmuş ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti reyd keçirilib

 

Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə keçirilən növbəti reyd keçirilib. Bu barədə AYNA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov məlumat verib.

 

Onun sözlərinə görə, reyd zamanı Xəzər dənizinin Xaçmaz rayonu ətrafı və Qaraçay çayından Vəlvələçay çayınadək olan ərazi balıqların ovlanması üçün qurulan sintetik torlardan təmizlənib: “Qadağan olunmuş alətlərlə balıq ovlanması sivil ov qaydalarına ziddir və balıqların kökünün kəsilməsi deməkdir”.

 

“Hər kəsi sivil qaydalarla balıq ovlanmasının təbliğinə və təşviqinə dəstək verməyə, su hövzələrinin ətrafında yaşayan sakinləri belə balıq ovlayan qohumlarını, qonşularını bu işlərdən çəkindirməyə çağırırıq. Hesab edirik ki, ictimaiyyətin tənbehi onların cəzalandırılmasından daha təsirli olar”, - deyə V.Cavadov bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş