Böyük Britaniya vətəndaşlarına Rusiyaya səyahət etməmək tövsiyə edilib

Dünya

01.03.2022 - 00:26

Həkimlər Klinikalar SEO Xidməti

Böyük Britaniya Rusiya ilə bağlı çağırış edib

Böyük Britaniya öz vətəndaşlarına Rusiyaya səyahət etməməyi tövsiyə edib. AYNA-nın xəbərinə görə, Xarici İşlər Nazirliyi vətəndaşlarına Böyük Britaniyaya qayıtmaq üçün mövcud uçuş variantlarının az olması və Rusiya iqtisadiyyatında artan dəyişkənliyi əsas gətirərək, bu ölkəyə səyahət etməməyi tövsiyə edib.

Nəqliyyat naziri Qrant Şapps isə bildirib ki, o, Britaniyanın bütün limanlarına məktub yazıb, onlardan Rusiya bayraqlı, qeydiyyatdan keçmiş, mülkiyyətində olan, nəzarət edilən, icarəyə götürülmüş və ya idarə olunan hər hansı gəmilərə girişi təmin etməməyi xahiş edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş