Borrell: “Rusiya müharibə cinayətləri və dağıntıların əvəzini ödəməli olacaq”

Dünya

11.11.2024 - 13:18

Həkimlər Klinikalar SEO Xidməti

“Münaqişə cavabdehliyi təmin edəcək şəkildə başa çatmalıdır”

“Ukraynadakı müharibəni hansı sazişlə bitirməsindən asılı olmayaraq, Rusiya hərbi cinayətlərinə görə cavab verməli və vurulan ziyanın, dağıntıların əvəzini ödəməli olacaq. Münaqişə cavabdehliyi təmin edəcək şəkildə başa çatmalıdır ki, nəinki iqtisadi dirçəliş olsun, hər kəs öz hərəkətlərinə görə cavabdeh olsun”.

AYNA xəbər verir ki, bu sözləri “Le Monde”yə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell deyib.

Borell ABŞ-dakı seçkilərdən sonra Ukraynaya gələn ilk yüksək rütbəli Avropa lideri oldu.

“Əgər sülh təkcə atəşkəs deyil, həqiqətən sülhdürsə, o, ədalətli və davamlı olmalıdır. Bu, müharibənin bitməli olduğunu deyənlərə xəbərdarlıqdır ki, nə olursa-olsun, münaqişəni mümkün qədər tez bitirə bilək”, - Borell vurğulayıb.

Borrelin sözlərinə görə, artıq Rusiya işğalçı ordusu tərəfindən 140 min hərbi cinayət faktı qeydə alınıb.

Qeyd edək ki, noyabrın 10-da Borrel Ukraynanın Çerniqov vilayətinin Yaqodnoye kəndinə gəlib. Ona məktəbin zirzəmisi göstərilib. Burada ruslar demək olar ki, bütün yerli əhalini - 367 nəfəri 27 gün ərzində işıqsız və havalandırması olmayan dar otaqda saxlayıblar. Bu zirzəmidə qalmağa məcbur edilən ən kiçik uşaq bir ay yarım olub. Ən yaşlı əsirin 93 yaşı olub.

Müəllif: Ayna.az