Boris Conson Trampa müraciət edib

Dünya

25.11.2026 - 21:10

Britaniyanın sabiq Baş naziri Ukraynadakı münaqişəyə son qoyulmasını istəyib

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson ABŞ Prezidenti Donald Trampa şəxsi müraciət ünvanlayıb. O, Ukraynadakı münaqişəyə son qoyulmasını istəyib.

AYNA.AZ xəbər verir ki, Consonun müraciəti barədə xəbəri Britaniyanın "Daily Mail" qəzeti yayıb.

“Tramp bunu etsəydi, Avropada və dünyada nüfuzunu tamamilə bərpa edə bilərdi. Mən bu mesajı ona çatdırmağa çalışdım, amma o, qulaq asmır", - deyə Conson vurğulayıb.

Conson qeyd edib ki, ki, Trampın prezidentlik müddətinin bitməsinə cəmi iki il qalıb və bu müddət ərzində o, Moskva ilə Kiyev arasındakı gərginliyə son qoya bilər.

Onun fikrincə, Qərbin Atlantik okeanının hər iki tərəfindəki strategiyası Ukraynadakı münaqişəni sülh yolu ilə həll etmək səylərində zəifdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş