BMT Ukraynanı tərk edənlərin sayını açıqlayıb

Aktual

21.05.2022 - 09:03

Həkimlər Klinikalar SEO Xidməti

Ölkəni tərk edən Ukrayna vətəndaşlarının yarıdan çoxu Polşadadır

Müharibə başlayandan indiyədək 6 milyon 361 min 116 nəfər Ukraynanın qonşu ölkələrlə sərhədini keçib. AYNA xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) məlumat yayıb.

Məlumata görə, fevralın 24-dən ölkəni tərk edən Ukrayna vətəndaşlarının yarıdan çoxu Polşadadır. Onların hazırkı sayı 3 milyon 418 min 77 nəfər təşkil edir. Sonrakı yerləri Rumıniya, Rusiya, Macarıstan, Moldova, Slovakiya, Belarus bölüşür.

Bundan əlavə, fevralın 28-dən indiyədək 1 milyon 887 min 500 vətəndaş Ukraynaya qayıdıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş