BMT Ukraynada öldürülən dinc sakinlərin sayını açıqlayıb

Aktual

21.05.2022 - 10:56

Həkimlər Klinikalar SEO Xidməti

3 mindən çox insanın öldüyü, 4 mindən çox dinc sakinin xəsarət aldığı təsdiqlənib

BMT Ukraynada öldürülən dinc sakinlərin sayını açıqlayıb. AYNA-nın xəbərinə görə, məlumatlar BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının hesabatında təqdim edilib. Qeyd edilir ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi zamanı artıq 3 838 nəfər həlak olub.

"BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi nəticəsində 3 838 nəfərin öldüyünü və 4 351 dinc sakinin xəsarət aldığını təsdiqləyib. Bunlar fevralın 24-dən mayın 19-u gecə yarısına qədər olan məlumatlardır", - deyə komissarlıqdan bildirilib.

Bildirilir ki, mülki əhali arasında itkilərin əksəriyyətinə geniş mənzilli partlayıcı silahlar, o cümlədən ağır artilleriya və çoxsaylı reaktiv yaylım atəşi, həmçinin raket və hava zərbələri səbəb olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş