BMT Ukrayna üzrə xüsusi sessiyasını bərpa edəcək

Dünya

09.11.2022 - 03:25

Həkimlər Klinikalar SEO Xidməti

Sessiyada Kiyevə təzminat barədə qətnamə layihəsi təqdim olunacaq

BMT Baş Assambleyası noyabrın 14-də Ukrayna üzrə xüsusi sessiyasını davam etdirəcək.

AYNA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş Assambleyanın 77-ci sessiyası sədrinin rəsmi nümayəndəsi Polina Kubiyak bildirib.

Sessiyada Kiyevə təzminat barədə qətnamə layihəsi təqdim olunacaq.

"11-ci növbədənkənar sessiya qətnamə layihəsi ilə bağlı qərarın qəbul ediləcəyi plenar iclasdan ibarətdir. Səsvermədən əvvəl və sonra izahat xarakterli çıxışlar olacaq", - Kubiyak bildirib.

Qeyd edək ki, xüsusi sessiyanın bərpası ilə bağlı Kanada, Qvatemala, Niderland və Ukraynanın daimi nümayəndələri noyabrın 7-də Baş Assambleyaya məktub göndərib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş