BMT Təhlükəsizlik Şurası İranda törədilən terroru pisləyib

Dünya

04.01.2024 - 23:25

cedabet dərman SEO Xidməti

“Hadisənin səbəbkarları, təşkilatçıları məsuliyyətə cəlb olunmalıdır”

BMT Təhlükəsizlik Şurası (TŞ) yanvarın 3-də İranın Kirman əyalətində törədilən terror aktını pisləyib. AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə təşkilatın bəyanatında deyilir.

Qedy olunub ki, hadisənin səbəbkarları, təşkilatçıları məsuliyyətə cəlb olunmalıdır.

Təhlükəsizlik Şurası həlak olanların ailələrinə və İran hökumətinə başsağlığı verib, həmçinin yaralıların tezliklə sağalmasını arzulayıb.

Təşkilat əlavə edib ki, terrorizmin bütün forma və təzahürləri beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təhdiddir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş