BMT rəsmisi Azərbaycana başsağlığı verib

Xəbərlər

30.11.2021 - 22:17

Həkimlər Klinikalar SEO Xidməti

Hərbi helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb

“Xızıda faciəvi helikopter qəzası xəbəri kədərləndirdi”.

AYNA xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva özünün "Twitter"dəki hesabında yazıb.

“Yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı verir. Xəsarət alanların tezliklə sağalmasını arzu edirik”, - BMT rəsmisi əlavə edib.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş