Bir aya yaxındır Qəzzanın şimalındakı sakinlərə faktiki olaraq heç bir yardım çatmır
BMT-nin Ümumdünya Ərzaq Proqramı İsrailin Fələstin anklavına ərzaq və humanitar yardımı məhdudlaşdırmağa davam etdiyi üçün Qəzza zolağında aclıq təhlükəsi barədə xəbərdarlıq edib. AYNA xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilib ki, bir aya yaxındır İsrailin mühasirəsində qalan Qəzzanın şimalındakı sakinlərə faktiki olaraq heç bir yardım çatmır.
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin məlumatına görə, oktyabrın 1-dən oktyabrın 27-dək cənubda Kerem Şalom keçidindən yalnız 971 yardım yük maşınının zolağa daxil olmasına icazə verilib.
“Əl-Cəzirə” qeyd edir ki, bu, gündə təxminən 36 avtomobilə bərabərdir ki, müharibədən əvvəlki gündəlik 500 avtomobildən xeyli aşağı göstəricidir.