Antonio Quterreş “ŞƏT Plus” sessiyasında iştirak edəcək
BMT-nin baş katibi Antonio Quterreş Qazaxıstana səfər edib. AYNA xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Beynəlxalq təşkilatın Almatıdakı nümayəndəliyindən verilən məlumata görə, Quterreşin səfər proqramına Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüş, həmçinin “ŞƏT Plus” sessiyasında çıxışı daxildir.
Quterreş iyulun 4-də Qazaxıstanın paytaxtında keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə dəvət olunub.