BMT Baş katibi Odessa limanına raket hücumunu pisləyib

Dünya

23.07.2022 - 18:08

Həkimlər Klinikalar SEO Xidməti

Quterreş: "Bu məhsullar qlobal ərzaq böhranını həll etmək üçün vacibdir"

BMT-nin Baş katibi Antonio Quterreş Rusiyanın iyulun 23-ü səhər saatlarında Odessa limanına raket hücumunu pisləyib.

AYNA "Report"a istinadən xəbər verir ki, o bəyan edib ki, dünən İstanbulda bütün tərəflər Ukrayna taxılının təhlükəsiz ixracını təmin etmək üçün dünya səhnəsində öhdəlik götürüblər.

“Bu məhsullar qlobal ərzaq böhranını həll etmək və dünyada köməyə ehtiyacı olan milyonlarla insanın əzabını yüngülləşdirmək üçün vacibdir. Rusiya, Ukrayna və Türkiyənin öhdəliklərinə tam əməl etməsi mütləqdir”, - Baş katibin bəyanatında deyilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş