Qulam İsakzai: “Biz qiymətləndirməni yekunlaşdırıb hökumətə təqdim edəcəyik”
“Biz hazırda pandemiyanın ölkədəki kiçik və orta sahibkarlara, fermerlərə, eyni zamanda iqtisadiyyata və iqtisadiyyatda təmsil olunan həssas qrruplara təsirini qiymətləndirməyə çalışırıq”.
AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai deyib.
“Biz bu qiymətləndirməni həyata keçirməklə yanaşı, qiymətləndirməni yekunlaşdırdıqda onu hökumətə təqdim edəcəyik ki, nəticə etibarı ilə hökumətin iqtisadiyyatın bərpası ilə bağlı atdığı addımlarına dəstək olaq”, - o bildirib.
İsakzai qeyd edib ki, BMT pandemiyanın təsirlərinin qısamüddətli olmayacağını düşünür: “Uzunmüddətli perspektivdə də kiçik və orta sahibkaralara dəstək olunacaq. Odur ki, BMT bu sahədə müəyyən siyasətlərin dəyişilməsinə dəstək olmağa çalışacaq”.