Con Herşkoviç Putin və Kim Çen Inın dostluğunun dünya üçün təhlükəsindən yazıb
Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In arasında 2022-ci ildə sürətlənən dostluq dünyanı daha qeyri-sabit və təhlükəli edir. AYNA xəbər verir ki, bu barədə Con Herşkoviç “Bloomberg”dəki köşəsində yazıb.
Müəllifin fikrincə, Şimali Koreya Rusiyadan əhəmiyyətli iqtisadi dəstək ala bilər ki, bu da Pxenyanın silah istehsalında əlini gücləndirəcək.
"Kimin iqtisadiyyatının mülki sektoru üçün əldə etdiyi istənilən yardım onun nüvə silahı proqramına xərclənə biləcək resursları çoxaldır", - Herşkoviç vurğulayıb.
Herşkoviç həmçinin əlavə edib ki, coğrafi yaxınlıq səbəbindən Moskva ilə Pxenyan arasında əməkdaşlıq kəsilə bilməz: “İki ölkə arasında ortaq sərhəd, eyni zamanda, ortaq şərq sahili var ki, ona görə də hər iki ölkənin gəmilərinin qarşısını almaq mümkün deyil. İki ölkə arasında əməkdaşlıq Çinin ehtiyatlı dəstəyi ilə baş tuta bilər”.