ABŞ dövlət katibinin testi müsbət çıxıb
ABŞ dövlət katibi Entoni Blinkenin koronavirus testi müsbət çıxıb. AYNA TASS-a istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Ned Prays açıqlamasında bildirib.
Prays bildirib ki, Blinken xəstəliyi yüngül formada keçirir.
Dövlət katibi evdə təcrid olunmuş vəziyyətdə olacaq və onlayn işləməyə davam edəcək.