Birinci vitse-prezident Azərbaycan xalqını təbrik edib

Siyasət

04.10.2020 - 19:06

Mehriban Əliyeva: "Bütün Azərbaycan xalqını və bizim qələbələrimizə sevinən hər kəsi səmimi-qəlbdən təbrik edirəm!"

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Azərbaycan Ordusunun Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.

 

AYNA xəbər verir ki, paylaşımda deyilir:

 

"Bütün Azərbaycan xalqını və bizim qələbələrimizə sevinən hər kəsi səmimi-qəlbdən təbrik edirəm! Vətən yolunda canından keçmiş qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! #QarabağAzərbaycandır!"

Müəllif: Ayna.az