Birinci sinifə elektron qeydiyyatdan keçən uşaqların sayı açıqlanıb

Xəbərlər

12.06.2020 - 15:57

cedabet dərman SEO Xidməti

Elektron qeydiyyat prosesi sentyabrın 14-dək davam edəcək

 

2020-2021-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu davam edir. Təhsil Nazirliyindən AYNA-ya verilən məlumata görə, ümumtəhsil məktəblərinin I siniflərinə martın 10-dan başlamış qəbul prosesi  www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılır.

 

Bu günədək respublika üzrə ümumilikdə 136 644 uşaq I sinfə elektron qeydiyyatdan keçib. 126 min 860 nəfərin sorğusu tamamlanıb.  8 min 647 nəfər tədrisi digər dillərdə aparılan bölmələr üzrə I sinfə qəbul üçün müsahibəyə yazılıb. 777 nəfər isə liseylərə qəbul üçün sorğu yerləşdirib.

 

Qeyd edək ki, I sinfə elektron qeydiyyat prosesi sentyabrın 14-dək davam edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş