Rövşən Əliyevin nəşi Xırdalan qəbiristanlığında dəfn olunub
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan, Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Rövşən Məcid oğlu Əliyevlə Xırdalan şəhərində vida mərasimi keçirilib. AYNA xəbər verir ki, şəhidin nəşi Xırdalan qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Rövşən Məcid oğlu Əliyev 1973-cü il martın 20-də Xırdalanda anadan olub. O, 1992-ci il noyabrın 11-də Laçın rayonunun Təzəkənd kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.