Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib

Xəbərlər

13.05.2024 - 17:10

Məhərrəm Əzizovun nəşi Ağdamda torpağa tapşırılıb

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Məhərrəm İsmayıl oğlu Əzizovla Bərdə rayonunun 866 saylı qəsəbəsində keçirilən vida mərasimi başa çatıb.

AYNA-nın “Report”a istinadən məlumatına görə, şəhidin nəşi Ağdam rayonu Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidlərin doğmaları, Ağdam Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş