Bir sıra məhdudiyyətlər aradan qaldırılıb

Xəbərlər

17.04.2020 - 12:50

Həkimlər Klinikalar SEO Xidməti

Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət olunub

 

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) dünyanın bir sıra ölkələrində müxtəlif növ heyvanlarda baş vermiş xüsusi təhlükəli heyvan xəstəliklərinin aradan qaldırılması barədə məlumatlar yayıb. Eyni zamanda, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddətləri başa çatıb və ölkələrin sağlamlıq statusu bərpa olunub. Nəticədə müxtəlif ölkələrdən diri heyvan və ya heyvan mənşəli məhsulların idxalına tətbiq edilən məhdudiyyətlərə yenidən baxılması zərurəti meydana çıxıb.

 

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) baytarlığa dair qərarları ilə tətbiq edilmiş bir sıra məhdudiyyətlərin aradan qaldırılması qərara alınıb. Qurumun mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsas götürülərək, yüksək patogen quş qripi, nyukasl, nodulyar dermatit, dabaq, xırda buynuzlu heyvanların çiçək xəstəliyi və blutanq xəstəliyi üzrə müxtəlif ölkələrdən diri heyvan və ya heyvan mənşəli məhsulların idxalına tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.

 

Eyni zamanda, qəbul olunmuş qərarla bağlı bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə yanaşı qarşı ölkələrin müvafiq baytarlıq orqanlarına məlumat verilib və müvafiq tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş