Bir gündə yol qəzalarında 11 nəfər ölüb

Hadisə

19.07.2022 - 12:26

Həkimlər Klinikalar SEO Xidməti

Ölkə ərazisində qeydə alınan cinayətlərdən 35-nin açılması təmin olunub

İyulun 18-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 35-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 9-nun açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 37, o cümlədən borclu şəxs qismində axtarılan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən doqquz yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 11 nəfər ölüb, beş nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş