Bir gündə 41 nəfər saxlanılıb

Xəbərlər

07.01.2024 - 11:53

Borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

Yanvarın 6-da ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 5, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqədar 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş