Distant təhsilə keçirilmiş siniflərin sayı 3-ə çatıb
Təhsil Nazirliyi (TN) ümumtəhsil müəssisələrində COVİD-19-la bağlı bu günə olan vəziyyəti açıqlayıb. TN-dən AYNA-ya verilən məlumata görə, bu gün 94 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.
Gün ərzində 19 şagird və 3 işçidə koronavirus aşkarlanıb. Distant təhsilə keçirilmiş siniflərin sayı 3-ə çatıb.