Binəqədidə sexdə yanğın olub

Hadisə

12.02.2025 - 12:47

Həkimlər Klinikalar SEO Xidməti

Baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb

Bakı şəhəri, Binəqədi rayonunda yerləşən sexin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. AYNA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində sexin ərazisində tullantılar yığılmış sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş