Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir
Bakı şəhərinin Binəqədi rayonunda ağaclıq ərazidə yanğın başlayıb.
AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
AYNA-nın əməkdaşının ərazidən çəkdiyi görüntüləri təqdim edirik: