Biləsuvarda qaz olmayacaq

Xəbərlər

23.07.2025 - 16:57

Biləsuvarda 1000-dən çox abonentin qaz təminatında fasilə yaranacaq

Sabah Biləsuvar rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

AYNA.AZ-ın məlumatına görə, Biləsuvar şəhəri, "Təyyarə Meydanı" adlanan yaşayış massivində “Təmiz Qaz” QSC-nin xidməti tərəfindən yeraltı qaz xəttində aşkar olunan qaz sızması aradan qaldırılılacaq.

Bu məqsədlə iyulun 24-də aat 10:00-dan etibarən işlər başa çatanadək Muğan, Yuxarı Ağalı kəndləri, "Təyyarə Meydanı" yaşayış massivi və şəhərin bir hissəsində qaz təchizatının müvəqqəti olaraq dayandırılması planlaşdırılır. Qeyd olunan tədbirlər çərçivəsində ümumilikdə 3 yaşayış məntəqəsi üzrə 1 050 abonentin qaz təminatında fasilə yaranacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş